Lənkəranda beşmərtəbəli binada YANĞIN - 20 NƏFƏR TƏXLİYƏ EDİLDİ
    • 17-03-2020, 13:52
    • 758

Lənkəranda beşmərtəbəli binada YANĞIN - 20 NƏFƏR TƏXLİYƏ EDİLDİ

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən  News24.az-a verilən məlumata görə, hadisə nəticəsində mənzilin bir hissəsi və dəhlizində paltaryuyan maşın yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.