Türkiyədə koronavirusdan ikinci ölüm -191 xəstə
    • 19-03-2020, 00:36
    • 956

Türkiyədə koronavirusdan ikinci ölüm -191 xəstə

Türkiyədə koronavirusdan ikinci ölüm faktı qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca şəxsi tvitter hesabında məlumat verib.

Dövlət rəsmisi ölən şəxsin 61 yaşlı kişi olduğunu bildirib. Bundan başqa, nazir ölkədə daha 93 nəfərdə koronavirusun aşkarlandığını açıqlayıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 191-ə çatıb.