-
- 19-03-2020, 11:12
- 671
Elm adamları açıqladı: Koronavirus bu yolla yayılıb – ŞOK DETALLAR
Dünyanı cənginə alan ölümcül koronavirusunun laboratoriya şəraitində hazırlanmadığı bəlli olub.
Bu barədə “Nature Medicine” nəşri məlumat yayıb.
Məlumatda “Kovid-19” virusundan götürülmüş nümunələrin analiz edildiyi, əldə olunan nəticələrin koronavirusun laboratoriyada hazırlanmadığına əsas yaratdığı bildirilib.
Tədqiqatda koronavirusun təbii yolla yayıldığı üzə çıxıb.
Tədqiqatçılar pandemiyanın heyvanlardan insana keçə biləcəyinə, yaxud insanlara yoluxmazdan əvvəl patoloji olmayan virusun sadəcə insan populyasiyasında əmələ gələ biləcəyinə də diqqət çəkib.
Araşdırmaçılar indiki mərhələdə bu iki variantdan hansının daha real olduğunun sübut edilməsinin mümkün olmadığını bildirib. Lakin virusun təkamül prosesini tamamilə başa çatdırdıqdan sonra insanlara yoluxubsa, tədqiqatçılar bunun gələcəkdə daha geniş yayılma ehtimalını artıracağını iddia edib.
Araşdırma ABŞ-ın Kolumiya, Avstraliyanın Sidney universitetlərinin elm adamları aparıb. /Teleqraf.com/