Hindistan Konstitusiyasında qadınlarla bağlı MÜHÜM DƏYİŞİKLİK
    • 18-03-2020, 18:42
    • 590

Hindistan Konstitusiyasında qadınlarla bağlı MÜHÜM DƏYİŞİKLİK

Hindistan Konstitusiyasında qadınlarla bağlı mühüm dəyişiklik edilib. 

Hindistanın Azərbaycandakı səfirliyindən News24.az-a verilən məlumatda görə, dəyişiklik abort qanununu ilə bağlıdır: 

"1971-ci ildə Hindistan, 20 həftəyə qadınların təhlükəsiz və qanuni abort etmək hüququnu tanıyan ilk ölkələrdən biri oldu. Qadınların təhlükəsizliyini təmin etmək üçün qanun abortun kim tərəfindən, nə vaxt, harada və kim tərəfindən həyata keçirilə biləcəyi kimi xüsusiyyətləri müəyyənləşdirib. O dövrlər üçün hamiləliyin tibbi ləğvi qanunu geniş terapevtik, gigiyenik və humanitar əsaslarla icazə verilən mütərəqqi bir qanun olub.

Qadınların inkişaf etməkdə olan ehtiyacı və tibbi texnologiya sahəsindəki inkişafı ilə ayaqlaşmaq üçün son zamanlar təxminən 50 illik qanuna düzəlişlər təklif edilmişdir. Dünyanın bir çox ölkəsində abort və reproduktiv hüquqların təhdid olunduğu bir dövrdə Hindistan abort qanununa edilən dəyişiklikləri ilə xüsusi təqdirəlayiqdir. ABŞ kimi ölkələr abort qanunlarını daha reqressiv və məhdudlaşdırıcı edir. Buna görə Hindistan Hökumətinin Hindistanın qadınları üçün daha çox muxtariyyət, həyatlarına və reproduktiv seçimlərinə nəzarət edən bu dəyişikliklərə müraciət etməsi daha vacibdir. Bu, bizi qadınların reproduktiv hüquqlarında mühüm bir mərhələni həyata keçirməyə sövq etdi. Milli Məclisdən  (Dəyişikliklər) Qanununun 2020-ci ilə qədər hər an təsdiqlənməsini gözlədiyimiz halda, təklif olunan düzəlişləri - ölkənin qadınları üçün nə məna kəsb etdiyini dərk etməyə imkan verir.

Aşağıda müzakirə edilən Qanun dəyişiklikləri, qadınların təhlükəsiz və qanuni abort xidmətlərindən istifadəsini genişləndirməyə yönəldilmişdir. Bunlar vətəndaş cəmiyyəti daxil olmaqla müxtəlif maraqlı tərəflərlə, HDGCF geniş məsləhətləşmələrdən və müzakirələrdən sonra nazirlik tərəfindən təklif olundu. Bunlar qadınların təhlükəsiz abort xidmətlərindən istifadə edərkən qarşılaşılaşdıqları artan maneələrə və mübarizələrə cavab olaraq hazırlanır. 

Dəyişikliklər qanuna çevrildikdən sonra qadınlar hamiləliyin 20 həftəyə qədər ləğvi üçün yalnız bir təminatçının rəyini tələb edəcəklər. Hamiləliyin 12 həftəyə qədər bir həkim tərəfindən, 20 həftəyə qədər isə iki həkim tərəfindən ləğv edilməsi üçün təsdiqlənməsini tələb edən qüvvədə olan qanunu dəyişiklikdir. Əksər kənd və şəhər yerlərində orta səviyyəli imkanlar (abort xidmətləri təklif edə bilər) yalnız bir abort xidməti təminatçısı ola bildiyindən ikinci üç aylıq hamiləliyi dayandırmağı planlaşdıran qadınlara möhlət (zaman) verəcəkdir. Bu düzəliş qadınların iki həkimin rəyinə ehtiyac olduğundan daha təhlükəli yollara əl atmaqdan çəkindirəcək.

Həssas qadınların qarşılaşdığı əngəlləri aradan qaldırmaq üçün qəbul edilən dəyişiklik edilən abort qanunu təcavüz qurbanları və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla xüsusi qadınların kateqoriyası üçün 20 həftədən 24 həftəyə qədər artır. Lakin, belə hallarda (20 ilə 24 həftə) iki təminatçının rəyi tələb olunacaq. Bu, indiki dövrdə abort xidmətlərindən istifadə etməyin qarşısını alan daha çox müəssisə maneələri ilə qarşılaşan bir qrup qız və qadınlara yetəri qədər vaxt verəcəkdir.

Keçən il, sentyabr ayında bir hamilə qadına, hamiləliyin 22 həftəsində ciddi ürək çatışmamazlığı diaqnozu qoyuldu. Mövcud qanun buna icazə vermədiyindən, o,  Ali Məhkəməyə müraciət etdi. O, yorucu məhkəmə araşdırmalarından, həkimlərin çoxsaylı müayinələrindən və araşdırmalarından keçməli idi. Onun hamiləliyi tamamlamasına (abort) icazə verilməsinə görə qırx beş gündən çox vaxt keçdi.

Bu ayrı vəziyyət deyil. Bəzi tibbi şəraitdə fetal anormalliıqlar yalnız 20 həftədən sonra aşkar edilir ki, bu da qadınlara, hamiləliyi dayandırmaq istəyən qadınlara  qısa bir müddətli imkan verir. Təklif olunan düzəlişlərin əhəmiyyətli bir xüsusiyyəti, əhəmiyyətli  döl anormallıqları olan hallarda tibbi diaqnoz tərəfindən abort edilməsinə icazə verməkdir. Bu xüsusiyyət mövcud qanunun baxılmasına ehtiyac olduğunu nəzərə alaraq, qadınları travmalardan, böyük xərclərdən və məhkəmələrdə ərizə verməsi və qərar gözlədiyi üçün edilən abortun təxirə salınmasından xilas olmaq məqsədi daşıyır.

Dəyişdirilmiş abort qanununun tətbiq edilməsi federal hökumət, əyalət hökumətləri və vətəndaş cəmiyyətləri də daxil olmaqla bir çox maraqlı tərəflərin razılaşdırılmış səylərini tələb edir. Ümid edirik ki,  razılaşdırılmış səylər qanunun təsirli olmasına və düzəlişlərin abort qanununa dair müvafiq məlumatları sahədəki son nöqtəyə qədər saxlamağa və düzəlişlərin ruhunu qorumağa imkan verəcəkdir".