İcra başçısı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Qorxunc İDDİA
    • 17-09-2018, 12:25
    • 1 222

İcra başçısı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Qorxunc İDDİA

Beyləqanın icra başçısı Vaqif Abdullayevin Təzəkənd sakinləri ilə keçirdiyi səyyar görüşdə, kəndin baxça müdirəsi Müjgan Quliyevanı zaldan qovduğu xəbəri yayılıb.

İddialara görə, icra hakimi küçə söyüşləri ilə bağça müdirəsini təhqir edərək iclasdan qovub və bu, böyük qalmaqal yaradıb.

İddialara görə, icra başçısı səyyar görüşə restoranda nahar etdikdən sonra gedib və əhvalı fərqli olub. V.Abdullayev M.Quliyevanı aşağılamaq azmış kimi, vəzifəsindən azad edib.

Xəbər verilir ki, M.Quliyeva Beyləqan Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri İlqar Quliyevin qızıdır.

V.Abdullayev M.Quliyevanı 1 ilə yaxındır Təzəkənd baxça müdiri təyin edibmiş.

İddialar səslənir ki, icra başçısı baxça müdirini vəzifəyə pulsuz təyin edib, amma dəfələrlə işçisi olan atası İ.Quliyevdən “şirinlik” istəyib.

Şöbə müdirinin ona 1000 manat verdiyi, bu məbləğin də icra başçısını qəzəbləndirdiyi deyilir.

M.Quliyevanın yerinə birinci müavini Telman Məstanovun bacısı gəlini Xanım Bayramovanı təyin edib. Yeni baxça müdirinin isə V.Abdullayevə 5 min manat hesab verdiyi iddia olunur.

Məlumatlar var ki, icra başçısının gənc xanım baxça müdirinə qarşı dediyi əxlaqdan kənar sözlər Təzəkənd sakinlərinin etirazına səbəb olub və bir çox vətəndaş səyyar görüş yerini tərk ediblər.

Müjgan xanımın həyat yoldaşı icra hakimiyyətinə gələrək icra başçısı ilə görüşmək istəsə də, Abdullayev görüşdən yayınıb.

Bundan sonra M.Quliyevanın həyat yoldaşı ilə qaynatası İ.Quliyev arasında İcra Hakimiyyəti binasında dava baş verdiyi bildirilir. Beyləqan RİH zənglərimizə cavab vermədi. 

//milliyol.az