ABŞ-da qocalar evində atışma olub, ölənlər var
    • 28-07-2018, 09:00
    • 980

ABŞ-da qocalar evində atışma olub, ölənlər var

ABŞ-ın Texas ştatının Robstaun şəhərində fəaliyyət göstərən qocalar evində atışma olub.
 
Bu barədə şəhər polisinin nümayəndəsi Erasmo Flores bildirib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər – iki qadın və bir kişi öldürülüb. Daha sonra yaxınlıqdakı binada daha 2 nəfərin meyiti aşkarlanıb. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Polis rəsmisi insidentin təfərrüatları barədə açıqlama verməyib.

APA