NASA: “Yerə çırpılsa...” – Dinozavrları yox edən meteorit dünyaya yaxınlaşır
    • 21-03-2020, 10:32
    • 1 613

NASA: “Yerə çırpılsa...” – Dinozavrları yox edən meteorit dünyaya yaxınlaşır

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) sürətlə Yer kürəsinə yaxınlaşan nəhəng asteroid (OR2 1998) təsbit edib.
NASA-dan verilən açıqlamada asteroid aprel ayının sonunda maksimum həddə Yerə yaxınlaşacağı bildirilib.
Məlumatda qeyd edilib ki, göy cismi planetimizə çırpılsa, qlobal bir fəlakət olacaq.

NASA atseroidin saniyədə 8.7 km sürətlə hərəkət etdiyini ehtimal edir. Nəhəng göy cismi bu sürətlə aprelin 29-da Yerə yaxınlaşacaq.
Mütəxəssislərə görə, diametri 4 km-dən çox olan bir asteroidin qlobal dağıntılara səbəb olmaq üçün olduqca böyükdür.

Ehtimal olunan çırpılmanın nəticəsi belə açıqlanıb: “10 km və daha böyük krater: qlobal dağıntı və sivilizasiyanın mümkün çöküşü”.
Beynəlxalq Astronomlar Qrupunun mütəxəssisi Bryus Bettsə görə, kiçik asteroidlər atmosferdə tez yanır və az zərər verirlər. Bununla belə, 2013-cü ildə Yerə çırpılan “Çelyabinsk” meteoritinin ölçüsü təxminən 20 metr idi, amma bu, insanlara xəsarət yetirə biləcək şok dalğalar yaratmışdı.

“Tunquska” meteoritinin ölçüsü təqribən 40 metrdir, şəhəri tamamilə məhv edə və ya sunami meydana gətirə bilər. Betts qeyd edir ki, daha böyük asteroidlərin bütöv bir bölgənin yox olmasına səbəb olması mümkündür.

Məsələn, 65 milyon il əvvəl dinozavrların nəslini kəsən asteroidin diametri 10 km enində idi.
NASA-nın hesablamalarına görə “OR2 1998” asteroidin diametri 1.5-4.1 km arasındadır. Astronomlar bu göy cismini Yerə yaxınlaşan potensial təhlükəli obyekt olaraq təsnif edirlər.

Alimlərin fikrincə, yaxın gələcəkdə bir asteroid planetimizə təxminən 0.04 205 km məsafədə yaxınlaşacaq. Müqayisə üçün - 1 astronomik vahid - bu, planetimizdən Günəşə orta məsafədir - təqribən 149.6 milyon km-dir.
Başqa sözlə, kosmik cismin Yerdən Aya qədər olan məsafədən təxminən 16.36 dəfə böyük bir məsafədə keçəcəyi gözlənilir. /Teleqraf.com/