Nəsimi rayonunda dezinfeksiyaedici tədbirlər davam etdirilir
    • 22-03-2020, 14:54
    • 975

Nəsimi rayonunda dezinfeksiyaedici tədbirlər davam etdirilir

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq başlanılmış dezinfeksiya işləri və koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlər davam etdirilir.

News24.az xəbər verir ki, rayonda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Rayon Qərargahının sədri Asif Əsgərov xüsusi yaradılmış dezinfeksiya işlərini aparan qurupların üzvləri ilə görüşərək onlara müvafiq tövsiyələr verib. 

Bildirilib ki, yaradılmış monitorinq qrupları mütamadi olaraq rayon ərazisində monitorinqlər aparır və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təcili tədbirlər həyata keçirirlər. Eyni zamanda əlavə qabaqlayıcı tədbir kimi maarifləndirmə işlərinin aparılmasının zəruriliyi qeyd olunub