-
- 23-03-2020, 17:26
- 792
Təcili yardımla sərnişin daşıyan sürücü işdən azad edildi- TƏBİB
TƏBİB Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı açıqlama yayıb.
TƏBİB-dən News24.az-a verilən xəbərə görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarTƏBİB tərəfindən araşdırılıb: "Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb.
Sürücü 23 mart 2020-ci il tarixdə Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovanın Əmri ilə işdən azad edilib. Eyni zamanda, Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovaya və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib.