-
- 23-03-2020, 21:33
- 928
Həssas qruplara aid olan yaşlılara bu şəxslər xidmət edəcək -RƏSMİ
"Xüsusi həssas qrupların təhlükədən qorunması ilə bağlı Tədbirlər Planı, təkliflər hazırlanır”.
News24.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, qısa müddətdə təkliflər elan olunacaq:
“65 yaşdan yuxarı insanlar, xüsusilə tənha adamlara sosial xidmətlər göstəriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmətçilər var. Onlar əvvəllər də işləyirdi, sadəcə, onların xidmət etdiyi insanların sayı artıq artacaq”.