"Aprelin 20-dən sonra şərtlər daha sərtləşəcək" - OPERATİV QƏRARGAH
    • 8-04-2020, 17:44
    • 1 199

"Aprelin 20-dən sonra şərtlər daha sərtləşəcək" - OPERATİV QƏRARGAH

Külli miqdarda jurnalist vəsiqələri ilə küçələrdə dolaşan insanlar var.

News24.az
xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, gözlənilən odur ki, aprelin 20-dən sonra şərtlər daha sərtləşə bilər: “Biz buna əməl etsək, sağalmaların sayı çoxalır”.