Azərbaycanda 72 nəfər koronavirusa yoluxub - RƏSMİ
    • 23-03-2020, 22:05
    • 719

Azərbaycanda 72 nəfər koronavirusa yoluxub - RƏSMİ

"10 min nəfərdən artıq şəxsin testləri laboratoriyada yoxlanılıb”.


News24.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.


O qeyd edib ki, ölkə üzrə 72 koronavirusa yoluxma halı aşkar olunub:


“Onlardan 10 nəfəri sağalıb. Bir nəfəri isə vəfat edib”.


Nazir müavini əlavə edib ki, hazırda karantində 1000 nəfər saxlanılır.