-
- 23-03-2020, 22:24
- 804
Koronavirusa tutulanların əksəriyyəti cənub zonasındandır
Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərin statistikasını açıqlayıb.
News24.az xəbər verir ki, nazirin müavini Viktor Qasımov bildirib ki, onlardan 30-a yaxın şəxs xaricdən gələnlərdir, qalanı ölkə daxilində yayılanlardır. Xəstəliyə tutulanların əksəriyyəti cənub zonasındandır.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qeyd edib ki, xəstələrin sayı onları bölgələrə ayırmağa əsas vermir: "61 xəstə var və onlardan çoxu bu yaxınlarda sağalıb evə buraxılacaq".
Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev əlavə edib ki, koronavirusa yoluxanlar arasında xaricdən təxliyyə edilən şəxslər də var.