"Hər kəs özünə qayıtmalı, nə etdiklərinin fərqinə varmalıdır" - ƏKBƏR ƏLİZADƏ
    • 24-03-2020, 11:50
    • 887

"Hər kəs özünə qayıtmalı, nə etdiklərinin fərqinə varmalıdır" - ƏKBƏR ƏLİZADƏ

Əməkdar artist Əkbər Əlizadə koronovirusla bağlı status yazıb.  

News24.az xəbər verir ki, aktyor son günlər dünyada sürətlə yayılan koronavirus infeksiyasından, insanların küçəyə çıxmamasından məyusluğunu dilə gətirib: "Sanki vaxt dondu. Yaşam tərzini dəyişdi. Həyat qaynarlığını itirdi. Bunların hamısı Allahdan gələn bir nidadır. Hər kəs özünə qayıtmalı, nə etdiklərinin fərqinə varmalıdır. Qəribədir, insanlar var, amma dünya boş qalıb. Dua edək ki, Allahın köməkliyi ilə yenidən əvvəlki həyatımıza qayıdaq".

Sevda Bayramova