"Müğənni var ki, "evdə qal" videosu paylaşır, amma özü..." - NİCAT RƏHİMOV
    • 19-04-2020, 12:43
    • 939

"Müğənni var ki, "evdə qal" videosu paylaşır, amma özü..." - NİCAT RƏHİMOV

"İşlərimiz, çəkilişlərimiz dayanıb. Ümid edirik tezliklə bitər, biz də işimizin başına qayıdarıq. Müğənni var ki, "evdə qal" videosu paylaşır, amma özü çöldə gəzir".

News24.az xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov Xəzər Televiziyasında yayımlanan "X maqazin" verilişində deyib. O, koronavirusu Allahın bəlası adlandırıb: "Bir vaxtlar hamı restoranlarda otururdu, yeməkləri paylaşırdı. Bunların heç vaxt tərəfdarı olmamışam. Yaxşı deyildi...Virus sübut etdi ki, xəstəlik varlı-kasıb bilmir. Allahın qəzəbinə gəldik. O şeyləri edənlər gördü ki, insana can sağlığı lazımdır, başqa hər şey boşdur".

Sevda Bayramova