Dünyanın ən xoşbəxt ölkəsi - Hətta dövlətin Xoşbəxtlik Nazirliyi də var
    • 17-09-2018, 18:08
    • 1 132

Dünyanın ən xoşbəxt ölkəsi - Hətta dövlətin Xoşbəxtlik Nazirliyi də var

Butan Yer kürəsində yeganə dövlətdir ki, onun rəsmi şəkildə Xoşbəxtlik Nazirliyi fəaliyyət göstərir.

News24.az-ın məlumatına görə, bu ölkədə aclıq, yoxsulluq, sosial ədalətsizlik kimi məvhumlar mövcud deyil.

Hətta heyvanlara qarşı ədalətli davranıldığı üçün heyvan öldürmək və ya ovlamaq qadağandır. Buna görə, əhalinin əksəriyyəti vegeterianlardır. Hökumətin birinci məqsədi hər bir vətəndaşın xoşbəxt yaşamsına nail olmaqdır. Bu fakt ölkə konstitusiyasının 9-cu maddəsində də yer alıb. Buna görə də hər il əhalinin siyahıya alınması prosedurunda "siz xoşbəxtsinizmi" sualı da mütləq şəkildə verilir. Ötən il siyahıyaalma zamanı əhalinin 47 faizi "çox xoşbəxtəm", 50 faizi "xoşbəxtəm" cavabı verib. Yalnız 8  faiz "o qədər də xoşbəxt deyiləm" cavabını verib. Ölkədə təbiəti  və canlıları zəhərləyən kimyəvi məhsulların gətirilməsi qadağan edilib. 
İlhamə