Tokio Olimpiadası TƏXİRƏ SALINDI
    • 24-03-2020, 17:18
    • 1 298

Tokio Olimpiadası TƏXİRƏ SALINDI

Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və Yaponiyanın Baş naziri Şinzo Abe Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə bağlı razılağa gəliblər.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında məlumat verilib. Açıqlamaya görə, Mövcud şəraitdə və bu gün ÜST-nin verdiyi məlumatlara əsaslanaraq idmançıların sağlamlığını qorumaq üçün Tokio Olimpiadasının 2020-ci ildən sonrakı tarixə qədər təxirə salınmalı olduğunu, lakin 2021-ci ilin yayından gec olmayaraq keçirilməlidir.

Eyni zamanda, Olimpiya alovu Yaponiyada qalacaq və Oyunların adı - "Tokyo 2020" qorunub saxlanılacaq.