Şirvan İH-nin əməkdaşları aylıq maaşlarını Fonda köçürdülər
    • 24-03-2020, 21:42
    • 1 161

Şirvan İH-nin əməkdaşları aylıq maaşlarını Fonda köçürdülər

Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə Azərbaycanın Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat fonda ayrılıb və ölkə Prezidenti ilk olaraq bir illik əməkhaqqını Fonda ianə edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu təşəbbüsə qoşularaq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Koronavirusla mübarizə istiqamətində həyata keçiriləcək tədbirlərə maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutan fonda, eyni zamanda, müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü ödəmələrin həyata keçirilməsi davam edir.

Koronavirus infeksiyası ilə mübarizədə dövlətimiz və xalqımızla həmrəy olaraq Şirvan şəhər İcra Hakimiyyətində və onun tabeçiliyində olan qurumlarda çalışan işçilər könülü olaraq bir aylıq əmək haqlarını ianə etmək qərarına gələrək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.