-
- 25-03-2020, 12:20
- 1 852
Kaspi Təhsil Şirkəti koronovirusla bağlı fonda 10 000 AZN vəsait ayırdı
Kaspi Təhsil Şirkəti Covid 19 ilə mübarizəyə qoşulub.
Şirkətin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox yerli şirkətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanı sarsıdan, həm dünya, həm də ölkəmizin iqtisadiyyatı üçün təhdid doğuran virusla mübarizə təşəbbüsünə qoşulub.
12 illik fəaliyyəti və məzunlarının hər il göstərdiyi uğurlu nəticələri ilə seçilən Kaspi Təhsil Şirkəti də bu təşəbbüsə qoşulub. Kaspi COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna 10 000 AZN məbləğində vəsait ayırıb.