Yerevan küçələrinə zirehli texnika yeridildi

Yerevan küçələrinə zirehli texnika yeridildi Dünya
Bu gecə yerli vaxtla saat 23:00-da Ermənistan paytaxtına zirehli texnika yeridilib.  

News24.az “Sputnik”ə istinadən xəbər verir ki, Yerevanın iki müxtəlif hissəsində jurnalistlər piyadaların zirehli maşınlarının fotoşəkillərini çəkməyə müvəffəq olublar.  

Bildirilir ki, martın 25-dən 31-nə qədər Ermənistanda ölkə üzrə vətəndaşların hərəkətlərinə məhdudiyyətlər tətbiq edilib. Bunda məqsəd koronavirusun yayılmasının qarşısının alınmasıdır.  

Karantin qaydalarını pozan şəxslər 100-250 min dram (340-850 manat) məbləğində cərimə edilir.  
Qeyd edək ki, bu günə kimi Ermənistanda 249 koronavirusa yoluxma halı qeydə alınıb. 
Yerevan küçələrinə zirehli texnika yeridildi