BNA koronavirusla mübarizəyə  200 min manat İANƏ ETDİ
    • 25-03-2020, 10:59
    • 662

BNA koronavirusla mübarizəyə 200 min manat İANƏ ETDİ

Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib.

News24.az Agentliyə istinadən verdiyi məlumata görə, həmçinin xüsusi rejimli xəstəxanalarda xidmət edən 120 nəfər tibb işçisinin ailələrinə 200 azn-lik hədiyyə kartı verilib. Bu kart vasitəsi ilə onlar “Bravo” supermarketlər şəbəkəsindən ərzaq və gündəlik təlabat mallarını ala bilərlər.
Məqsəd sağlamlıqlarını risk altına ataraq koronovirus (COVİD-19) yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənarda qalan tibb işçilərinə dəstək olmaqdır.

Bakı Nəqliyyat Agentliyinin kollektivi bu günlərdə göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa görə tibb işçilərinə təşəkkürünü bildirir, onlarla həmrəy olduğumuzu ifadə edir.
Eyni zamanda, Agentlik bir daha vətəndaşlarımızı anlayış və məsuliyyət nümayiş etdirməyə dəvət edir. Qurum əmindir ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.