Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət qoyulmayıb - DİN
    • 25-03-2020, 15:15
    • 1 524

Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət qoyulmayıb - DİN

Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub, müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verildiyini bildirib.

E. Zahidov bildirib ki, karantin rejimi müddətində restoran, kafe və çayxanalarda müştərilərə yerində xidmət vaxtı saat 12.00-dan 15.00-a qədərdir: “İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti ümumiyyətlə dayandırılıb. Digər ictimai-iaşə müəssisələrinin fəaliyyətində isə hər hansı dəyişiklik yoxdur. Yəni bərbərxana, gözəllik salonları, avtomobil yuma məntəqələri, pinəçilərin iş rejiminə məhdudiyyət nəzərdə tutulmayıb”. /APA/