“Təmiz əllər” kampaniyası səfir Ceyms Şarpa ötürüldü- VİDEO
    • 25-03-2020, 15:40
    • 653

“Təmiz əllər” kampaniyası səfir Ceyms Şarpa ötürüldü- VİDEO

“Təmiz əllər” kampaniyası davam edir. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən “Təmiz əllər” kampaniyası davam edir. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardindən estafeti qəbul edən Təhsil naziri Ceyhun Bayramov kampaniyada iştirak edib və estafeti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpa ötürüb. 

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.