"Həyatımda elə səhvlərim olub ki..." - AYGÜN KAZIMOVA
    • 25-03-2020, 18:10
    • 1 174

"Həyatımda elə səhvlərim olub ki..." - AYGÜN KAZIMOVA

"Sənətdə olmağımı ən gec ailəm qəbul edib. Narazı idilər. Ən sonda ailəm və qohumlarım müğənniliyimi qəbul etdi və fəxr etdi. Əməkdar artist adı alanda dedilər, səhv edirmişik. Evdən çıxa bilmirdim, qapıları bağlayırdılar ki, məşqlərə gedə bilməyim. Eyvandan tullanıb qaçmağa çalışırdım, gətirib açarı verirdilər ki, yaxşı, get. Qapı sındırdığım anlar olub".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova İctimai Televiziyasında yayımlanan "Fatehin divanı" verilişində deyib. Kazımova "Azərbaycanda qadın olmağın ən çətin tərəfi nədir" sualına belə cavab verib: "Gözəl, uğurlu, gözəgəlimli qadın oldunsa, qanın getdi. Amma sənətin, peşən varsa, cəmiyyətdə öz sözünü demisənsə, qanın qayıtdı".

Xalq artisti etdiyi səhvlərdən danışıb: "Həyatımda elə səhvlərim olub ki, demişəm ki, kaş bunu eləməzdim. İnsana təcrübə məhz bu yerdə köməyə gəlir. Məndə əsasən bu addımlar layihələrimlə bağlı olub".

Sevda Bayramova