İspaniyanın Baş Nazirinin müavini də koronavirusa yoluxdu
    • 26-03-2020, 00:01
    • 933

İspaniyanın Baş Nazirinin müavini də koronavirusa yoluxdu

İspaniyanın Baş Nazirinin 1-ci müavini Karmen Kalvo koronavirusa yoluxub.

News24.az "Ria Novosti"yə istinadən xəbər verir ki, onun koronavirusa yoluxduğu ikinci testdən sonra təsdiqlənib.

Bundan əvvəl SARS simptomları ilə xəstəxanaya yerləşdirilən Kalvoda koronavirus testinin cavabı neqativ çıxıb.

Qeyd edək ki, son məlumatlara görə, dünya üzrə koronavirusa yoluxanların sayı 450 mini keçib.