ATƏT-dən cəbhə bölgəsindəki vəziyyətlə bağlı AÇIQLAMA
    • 26-03-2020, 02:00
    • 808

ATƏT-dən cəbhə bölgəsindəki vəziyyətlə bağlı AÇIQLAMA

ATƏT 2019-cu il ərzində Azərbaycan və Ermənistan sərhədində 5, cəbhə xəttində isə 18 dəfə monitorinq keçirib.

News24.az xəbər verir ki, bu barədə ATƏT-in illik hesabatında məlumat verilib.

Hesabatda qeyd olunub ki, 2019-cu il ərzində tərəflər atəşkəs rejiminin pozulma səviyyəsinin nisbətən aşağı olduğunu bildiriblər ki, bu da cəbhə xəttində nisbi sabitlik və sakitliklə əlaqələndirilir.

ATƏT-in regiondakı ofisinin Cənubi Qafqazda təşkilatın mövcudluğunu təmin edən və cəbhə bölgələrinə çıxışı olan yeganə beynəlxalq qurum olduğu vurğulanıb.