Varlıların uşaqları niyə uzun olur? - Alimlər həqiqəti üzə çıxardılar
    • Bu gün, 16:41
    • 189

Varlıların uşaqları niyə uzun olur? - Alimlər həqiqəti üzə çıxardılar

Araşdırmalar göstərib ki, boyu müəyyən edən ikinci ən güclü göstərici ailə gəliridir. ABŞ alimləri aşkar ediblər ki, boyun ən azı 70 faizi irsi olaraq aldığımız genlərdən, qalan hissəsi isə ətraf mühit faktorlarından asılıdır. Tədqiqatçılar Latın və İspan mənşəli 13 mindən çox ABŞ vətəndaşının məlumatlarını araşdırdılar; sosial-iqtisadi və genetik amilləri nəzərə alaraq iştirakçıların boylarını araşdırılıb.

News24.az xəbər verir ki, Nyu Yorkdakı Albert Eynşteyn adına Tibb Kollecinin mütəxəssisləri, xüsusilə məşhur adların uşaqlarında müşahidə edilən bu vəziyyətin əsas səbəbinin böyümə prosesi zamanı sağlam qidalanma mənbələrinə asan çıxışla bağlı olduğunu açıqlayıb.

Maddi vəziyyəti yaxşı olan ailələrin övladlarının da ürək sağlamlığının və idrak qabiliyyətlərinin daha yaxşı vəziyyətdə olduğu aşkar edilib.

Bununla belə, tədqiqatçılar qida qaynaqlarına asan çıxışın sonrakı yaşlarda piylənmə riskini artıraraq dezavantaja çevrilə biləcəyinin də vurğulayıblar.

Qeyd edək ki, İngiltərədə əvvəlki araşdırma yoxsul ailələrin uşaqlarının varlı ailələrin uşaqlarından daha qısa olduğunu ortaya qoyub.

Böyük Britaniyada yerləşən Qida Fondunun hazırladığı hesabata görə, 5 yaşlı uşaqların orta boyu 2013-cü ildən bu yana azalıb. İnkişaf etmiş ölkələr arasında kişi boyu ən qısa olan ölkə İngiltərə olub.

Xeyriyyə təşkilatının hesabatında boyun bu qədər azalmasına səbəb kimi adi insanın qida rasionunda kalsium, sink, A vitamini, fol turşusu və dəmir kimi əsas qida maddələrinin istehlakının azalması göstərilib.

Günel Məlikzadə