YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı -VIDEO
    • 27-03-2020, 00:00
    • 697

YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı -VIDEO

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində növbəti sosial layihəyə start verilib.


News24.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir.


Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Müdafiə Fondu tərəfindən yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara dərman vasitələri, kommunal ödənişlərin edilməsi və s. istiqamətdə xüsusi sosial xidmətlər göstəriləcəkdir. Bu aksiyada Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri fəal iştirak edəcəklər. Artıq 500-dən artıq könüllü bu aksiyada iştirak etmək üçün müraciət edib. Sabahdan artıq bu aksiyaya start veriləcək.


Qeyd edək ki, YAP-ın bu qəbldən olan "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası mart ayının 21-dən start götürmüş və aksiya çərçivəsində respublika üzrə mindən artıq partiya fəalı və könüllüsü iştirak edib. Onlar son 5 gün ərzində 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar. "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya mart ayının 29-dək davam edəcək.