Sabahdan etibarən bütün banklar İŞLƏYİR
    • 28-03-2020, 11:57
    • 802

Sabahdan etibarən bütün banklar İŞLƏYİR

Azərbaycanda sabahdan bütün banklar fəaliyyət göstərəcək.

Azərbaycanda Novruz bayramı ilə əlaqədar banklarda 20-28 mart tarixlərində qeyri-iş günü idi.

29 mart tarixindən etibarən vətəndaşlar bütün banklara müraciət edərək xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, Hal-hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir ki, bunlardan ikisi dövlət ( Azər-Türk Bank , Azərbaycan Beynəlxalq Bankı ) bankıdır./banker.az/