Azərbaycanda hazırda 163 koronavirus xəstəsi var - 23-nün vəziyyəti ağırdır
    • 28-03-2020, 19:40
    • 783

Azərbaycanda hazırda 163 koronavirus xəstəsi var - 23-nün vəziyyəti ağırdır

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumatda deyilir. 

Bildirilir ki, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.