Özbəkistan hava limanlarını bağlayır
    • 29-03-2020, 02:00
    • 609

Özbəkistan hava limanlarını bağlayır

Özbəkistan koronavirus pandemiyası səbəbindən bütün hava limanlarını bağlayır.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan hökuməti yanında Operativ Qərargah qərar verib. Digər ölkələrlə hava əlaqələri martın 30-dan aprelin 20-dək dayandırılacaq.

Qeyd edək ki, Özbəkistanda koronavirus xəstələrinin sayı 104 nəfərə çatıb. İki nəfər isə dünyasını dəyişib.