Fransada eks-nazir koronavirusdan öldü
    • 29-03-2020, 14:16
    • 680

Fransada eks-nazir koronavirusdan öldü

Fransanın keçmiş Sənaye naziri Patrik Devedjyan 75 yaşında koronavirusdan ölüb.

News24.az “Ria Novosti”yə istinadən xəbər verir ki, o, koronavirusa yoluxduğu barədə daha əvvəl tvitter hesabında açıqlama vermişdi.

Qeyd edək ki, erməni əsilli Patrik Devedjyan qondarma erməni soyqırımının Fransa tərəfindən tanınması ilə bağlı prosesin fəal iştirakçılarından biri olub.