İranda bir aylıq körpədə koronavirus aşkarlandı
    • 29-03-2020, 14:24
    • 621

İranda bir aylıq körpədə koronavirus aşkarlandı

İranın Rəzəvi Xorasan əyalətində yeni doğulmuş körpədə COVID-19 aşkarlanıb.


News24.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin Tibb Elmləri Universitetinin rektoru Cavad Bazəli bildirib. 


“Nəfəs çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən 35 günlük körpədə koronavirus analizinin nəticələri pozitiv çıxıb”, - C.Bazəli bildirib.

O, həmçinin körpənin durumunun yaxşıya doğru getdiyini də vurğulayıb.


Qeyd edək ki, İranda ilk dəfə fevralın 19-da qeydə alınan koronavirus ölkədə 35 408 nəfərdə aşkarlanıb. İranda virus qurbanlarının sayı isə 2 500-ü ötüb.