-
- 30-03-2020, 14:03
- 678
Rusiya Azərbaycana 70 test sistemi verib- KORONAVİRUS ÜÇÜN
Rusiya koronavirusun laborator diaqnostikası üçün Azərbaycana 70 test sistemi təhvil verib.
Bu barədə Rusiyanın Azərbaycandakı Səfirliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, Azərbaycanla Rusiya arasında səhiyyə sahəsindəki sıx əməkdaşlıq böyük diqqət ayrılır:"Ölkələrimizin ərazisində koronavirusu yayılmasının qarşısının alınması məqsədilə bu ilin martında "COVID-19"un laborator diaqnostikası üçün 7 min tədqiqata hesablanan 70 test sistemi Azərbaycana təhvil verilib".
Məlumatda o da bildirilir ki, koronavirusun yayılması ilə bağlı yaranan əlverişsiz vəziyyət fonunda Rusiya tərəfdaş ölkələrə xəstəliyin diaqnostikası ilə bağlı mümkün qədər maksimum köməklik göstərməyə çalışır:"Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti 13 dövlətə, o cümlədən Avrasiya İqtisadi İttifaqının, MDB-nin üzv ölkələrinə, İran, Monqolustan və Şimali Koreyaya 100 mindən çox tədqiqat üçün test sistemləri təhvil verib". /Trend/