İranda koronavirusla bağlı yeni test HAZIRLANDI
    • 13-05-2020, 01:23
    • 705

İranda koronavirusla bağlı yeni test HAZIRLANDI

İran alimləri koronavirusun mövcudluğunu 30 saniyə ərzində aşkarlamağa kömək edən test sistemini yaradıblar.

News24.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Qeyd edilir ki, sistem nanomateriallardan istifadə ilə yaradılıb. Agentliyin məlumatına görə, yeni test koronavirusun mövcudluğunu 95% dəqiqliklə aşkarlamağa qadirdir. Test həmçinin xəstəliyin ilk mərhələlərində virusu üzə çıxarır.

Qeyd edilir ki, test sistemi hələ sertifikatlaşdırılmayıb.

İranda daha 48 nəfər koronavirusun qurbanı olub. Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 733 nəfər olduğunu deyib. O bildirib ki, daha 1 481 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 110 767 nəfərə çatıb. K.Cahanpur 88 357 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib. O həmçinin 2 713 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb. /“Report” /