-
- 1-04-2020, 17:38
- 770
Səhiyyə Nazirliyi vətəndaşları tibbi əlcəkləri yerə atmamağa ÇAĞIRDI
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb.
Məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub.
Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatları vətəndaşların nəzərinə çatdırırıq və bu səpkidə olan məlumatlar mütamadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək".
"Həmçinin nəzərinizə çatdırırıq ki, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatlar əsasən əhalinın maarifləndirilməsinə xidmət edən məlumatlardır. Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyildir. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır", - məlumatda vurğulanıb. /Report/