-
- 14-01-2020, 12:30
- 972
Türkiyədə qadağan olunan "Dormofol" dərmanı Azərbaycana idxal olunmur - NAZİRLİK
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Türkiyə Respublikasında geriçağırılmış "Dormofol" dərman vasitəsi barədə açıqlama verib.
Nazirlikdən News24.az-a verilən məlumatda bildirilir ki, Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Respublikasının Səhiyyə Nazirliyini hərəkətə keçirib və Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsir edici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.
"İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış və Azərbaycan Respublikasına idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir", - deyə məlumatda bildirilir.