Kreditlərlə bağlı mexanizmlər yaxın günlərdə AÇIQLANACAQ
    • 2-04-2020, 12:23
    • 879

Kreditlərlə bağlı mexanizmlər yaxın günlərdə AÇIQLANACAQ

"Kreditlərin verilməsi ilə bağlı 4 işçi qrupu yardılıb".
News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, bununla bağlı mexanizm hazırlanır: "Ötən günlərdə Mikayıl Cabbarov hesabat verib. Prezident tələsdirdi ki, bu həftə ərzində ödəmələr başlansın. Krediti olanların vəziyyətini yaxşılaşdırarkən, banklara əmanət qoyanların vəziyyətini pisləşdirməmək olmaz. Bu zəncirdə heç kim müflisləşməməlidir. Ona görə də hərtərəfli hazırlanmış mexanizmlər yaxın günlərdə elan olunacaq, bu son mərhələddir".

Afaq Mirayiq