-
- 20-06-2018, 11:40
- 1 351
Taxma kirpiklər xərçəng xəstəliyi yarada bilər
Hər xanım gözlərini daha gözəl göstərəcək dolğun və uzun kirpiklərə sahib olmaq istəyir. Lakin hər kəs anadangəlmə belə kirpiklərə sahib deyil. Bunun üçün də əksər xanimlarımız taxma kirpiklərdən istifadə edirlər. Taxma kirpiklər gözlərə cazibədarlıqla yanaşı, zərər də verir.
Cərrah-oftalmoloq Mustafa Kılıçın verdiyi məlumata görə, taxma kirpiklər təmiz istifadə edilməzsə, kirpik kökü infeksiyası yarada bilər: “Bundan başqa, taxma kirpiklər allergiyalı insanların gözündə qaşınma, sulanma, qızarma kimi əlamətlər də yarada bilər. Həmçinin, yapışdırıcıların tərkibi çox vacibdir. Yapışqan kanserogen maddədən hazırlanıbsa, xərçəng yarada bilər. Təbii ki, hamısı yox... Onların da yaxşısı və pisi var. Yaxşı olanların bu cür riski yoxdur”.
Oftalmoloq müntəzəm taxma kirpik istifadəçilərinə xəbərdarlıq edir: “Taxma kirpiklərdən gündəlik istifadə edildikdə kirpiklərin tökülməsinə də səbəb ola bilər. Kirpik diblərində yağı ifraz edən göz yaşı vəzilərimiz var. Hər gün kirpik yapışdırsaq, periferi xəstəliyinin yaranmasına səbəb ola bilər. Həftədə bir və ya ayda 1-2 dəfə istifadə etmək olar. Allergiyası olanların isə taxma kirpik taxması ümumiyyətlə, tövsiyə edilmir”.
Mustafa Kılıç xəstələri arasında taxma kirpiklərin “qurban”larının da olduğunu deyir: “Bizə müraciət edənlər arasında taxma kirpiklərdən gözləri allergiya verən, infeksiya yayılan, yapışqanı çıxara bilməyib, kirpiklərini qoparanlar da var”.
//musavat.com