1476 sürücü və sərnişin barəsində cərimə tətbiq edilib
    • 3-04-2020, 11:27
    • 600

1476 sürücü və sərnişin barəsində cərimə tətbiq edilib

Gün ərzində 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Baş Dövlət Yol Polisindən News24.az-a verilən məlumata görə, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.