SON DƏQİQƏ: Sədərəkdə sahibkarların anbarları SUYUN İÇİNDƏ QALDI - FOTOLAR - VİDEO
    • 5-04-2020, 14:09
    • 1 020

SON DƏQİQƏ: Sədərəkdə sahibkarların anbarları SUYUN İÇİNDƏ QALDI - FOTOLAR - VİDEO

Aprelin 4-ü gecə saatlarından etibarən Qaradağ rayonunda yerləşən Sədərəkdə, Meyvəli bazarla üzbəüz sahibkarların anbarı adlanan ərazini su basıb.

News24.az xəbər verir ki, bunun bağlı göndərilən videoda ərazidə dünən gecədən kanalizasiya xəttinin partladığı qeyd olunur.

Bu səbəbdən də sahibkarların anbarlarının su içində qaldığı bildirilir. 

Məsələylə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı News24.az-a açıqlamasında qeyd olunan ərazidə "Azərsu" ASC-yə məxsus heç bir infrostukturun olmadığını deyib: "O ərazidə nə kanalizasiya xəttimiz, nə kollektorumuz, nəə də kanalizasiya nasos stansiyamız yoxdur. Bu çox güman ki, yağışla bağlı olan məsələdir".

Baş verən hadisəylə əlaqədar News24.az-a video göndərilib. Həmin videogörüntünü təqdim edirik.