Yanğın zamanı üçüncü mərtəbədən yıxılan şəxs ADU-nun MÜƏLLİMİ İMİŞ - FOTO
    • 6-04-2020, 13:53
    • 1 895

Yanğın zamanı üçüncü mərtəbədən yıxılan şəxs ADU-nun MÜƏLLİMİ İMİŞ - FOTO

Ötən gün Xətai ərazisində binada yanğın baş verib, Azərbaycan Dillər Universitetinin müəllimi yanğın zamanı vəfat edib. 

Bu barədə News24.az-a ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, tərcümə fakültəsinin xarici dillər kafedrasının müəllimi Leyla Manafova dünən evində baş vermiş yanğın zamanı həyatını itirib: “Bildirilir ki, Xətai rayonunda baş verən yanğın elə onların evindən başlayıb. Müəllimə yanğın vaxtı eyvana çıxıb, ayağı sürüşərək üçüncümərtəbədən yıxılıb. Bu barədə əlavə məlumatım yoxdur. Sadəcə bildirilir ki, həyat yoldaşı xilasedicilər tərəfindən xilas edilib". 

Mətbuat katibi koronavirusla əlaqədar yas mərasimində iştirak edə bilmədiklərini də əlavə edib: “Elə bir vəziyyətdir ki, hüzr yerində iştirak da edə bilmirik. İş yoldaşlarının iştirakına icazə verilmir. Universitetimizin rəhbərliyi, kollektivi adından başsağlığı veririk. Allah rəhmət eləsin. Allah yaxınlarına səbr versin”. 

Afaq Mirayiq