Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı İŞDƏN ÇIXARILDI
    • 7-04-2020, 15:22
    • 862

Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı İŞDƏN ÇIXARILDI

Ötən gün sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan polis əməkdaşı işdən azad olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a şimal bürosuna verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.