Əhməd Davudoğlu İsmayılovun cənazə namazında - FOTO/VİDEO
    • 20-09-2018, 18:45
    • 1 011

Əhməd Davudoğlu İsmayılovun cənazə namazında - FOTO/VİDEO

Dünən gecə saatlarında İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun Floryadakı məsciddə cənazə namazı qılınıb.

 Mərasim Bakı vaxtı ilə saat 17:20-də baş tutub.
Etimad İsmayilovun ailə üzvləri, dostları, iş yoldaşları mərasimdə iştirak edir. Tanınmış müğənni Azərin də təziyyədə iştirak edənlər arasında olub.

Qeyd edək ki, Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva mərhumun nəşinin bu gecə Bakıya gətiriləcəyini və sabah saat 13:00-da Nardaranda dəfn olunacağını bildirmişdi.

Cənazə namazına hüquq-mühafizə orqanlarının xeyli sayda əməkdaşı cəlb edilib.

Mərasimi media təmsilçiləri yaxından izləyir. Türkiyənin eks-baş naziri Əhməd Davudoğlu da mərasimə qatılıb.



//Axar.az