"Prezident tapşırıb, qiymətlər qalxa bilməz, nəzarət gücləndirilib" - İbrahim Məmmədov
    • 8-04-2020, 17:54
    • 937

"Prezident tapşırıb, qiymətlər qalxa bilməz, nəzarət gücləndirilib" - İbrahim Məmmədov

“Tələb çox yüksək olduğuna görə maskaların qiymətləri qalxa bilər”.

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib: “Amma Prezident tapşırıq verib ki, istehlak bazarında nəzarət gücləndirilsin. O baxımdan qiymətlər qaldırıla bilməz. Ən yaxşısı odur ki, maska istehsalı artıb. Gün ərzində 450 min maska apteklərə paylanılır".

Hökumət rəsmisi bildirib ki, zərurət olmadığı halda küçəyə çıxmamaq halı varsa maska və spirtə olan ehtiyac da azalmış olur.