Paytaxtda atmosfer nəzərəçarpacaq dərəcədə yaxşılaşıb - ETSN
    • 9-04-2020, 09:44
    • 1 505

Paytaxtda atmosfer nəzərəçarpacaq dərəcədə yaxşılaşıb - ETSN

Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a vderilən məlumata görə, məlumatına görə, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib. 

Qeyd edək ki, 2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə  havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu.