“Nömrəm öz adıma deyil, işsiz kimi qeydiyyatdan keçmək olar?”- Nazirlikdən AÇIQLAMA
    • 9-04-2020, 18:23
    • 2 505

“Nömrəm öz adıma deyil, işsiz kimi qeydiyyatdan keçmək olar?”- Nazirlikdən AÇIQLAMA

“İşsiz kimi online şəkildə qeydiyyatdan keçmək istəyirəm, amma deyirlər mütləq telefon nömrə öz adıma olmalıdır, bu düzdürmü. Eyni zamanda, ailədə neçə nəfər işsiz kimi qeydiyyatdan keçməlidir?”

Səbinə Əliyeva adlı oxucu News24.az-a müraciət edərək bunu soruşur. Bu və digər suallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Bildirildi ki, online müraciət bölməsindən istifadə edirsə nömrənin öz adına olması vacib deyil: "Bununla bağlı sosial.gov.az saytında “Müraciət bölməsində” müvafiq Məşğulluq Mərkəzinin qeyd olunmuş telefon nömrələrindən birinə zəng edərək qeydiyyatdan keçə bilərlər. 

Nazirlikdən “Birdəfəlik ödəməni almaq üçün müraciəti qeydiyyatda olduğum, yoxsa yaşadığım yer üzrə etməliyəm” sualı da cavablandırılıb: “Müraciət üçün şəxsin qeydiyyat və yaşadığı ünvanın fərqli olması maneə yaratmır”. 

Nazirlik tərəfindən elan olunmuş Qrafik əsasında qeydiyyatdan keçə bilməyənlər 190 manat birdəfəlik ödəməni almaq hüququnu itirirmi sualı da cavablandırılıb: “Xeyr, qrafik üzrə müraciət vaxtı bitdikdən sonra (aprelin 12-dən) hər hansı məhdudiyyət olmadan müraciət mümkün olacaq”.

Afaq Mirayiq