“Vətəndaşlar qeydiyyat üçün yanlış yerdən daxil olur”- İşsizlərin NƏZƏRİNƏ
    • 10-04-2020, 17:37
    • 1 015

“Vətəndaşlar qeydiyyat üçün yanlış yerdən daxil olur”- İşsizlərin NƏZƏRİNƏ

Bu gün yenə də işsiz kimi qeydiyyatdan keçmək istəyən vətəndaşlar problemlə üzləşiblər. 

News24.az-a daxil olan məlumatlarda bildirilir ki, baxmayaraq mobil nömrənin öz adına olması tələb olunmur, sistemə daxil olanda şəxsiyyət vəsiqəsinin öz adına olması tələbi ilə bağlı pəncərə açılır. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən News24.az-a bildirildi ki, vətəndaşlar sayta yanlış yerdən daxil olurlar: “Onlayn qaydada müraciət etmək üçün nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru yerinə yetirmədən, “online müracət” bölməsinə daxil olmalıdırlar. Bundan sonra pəncərələr açılır, onları doldurmaq lazımdır. 

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Afaq Mirayiq