Koronadan qorunmaq  üçün mütəxəssisdən VACİB MƏSLƏHƏTLƏR
    • 9-04-2020, 20:50
    • 1 607

Koronadan qorunmaq üçün mütəxəssisdən VACİB MƏSLƏHƏTLƏR

"Ümumilikdə COVİD-19 da bütün infeksion viruslar kimi insanın birbaşa imunn sistemi ilə bağlıdır. Bu, imuniteti zəif insanlar üçün həyat uğrunda mücadilə deməkdir. Əgər, insanın imuniteti güclüdürsə o zaman bu xəstəliklərə qarşı daha dözümlü və mübariz olacaq".

Bu sözləri dietoloq Ofelya Tahirova News24.az-ın canlı yayımında deyib. O, imuniteti gücləndirmək üçün nələr etmək lazım olduğundan danışıb: "İmuniteti gücləndirmək üçün bir neçə variantlardan istifadə etmək olar. İlk olaraq təəbii ki, düzgün qidalanmaq lazımdır çünki bu bilavasitə imun sistəmi ilə əlaqəlidir. Xüsusilə, gündəlik qida rasionumuza süd məhsullarını daxil etməliyik. Bununla yanaşı meyvə və tərəvəzdən də istifadə etməliyik. Çünki bu qidalarda vitamin çoxlluq təşkil edir, qəbizliyə qarşıdır həm də tox tutur. Bu günlərdə xüsusilə də şəkərdən, fast fooddan, rənglənmiş qidalardan uzaq olmalıyıq. Çünki bunlar insanın imun sistemini zəiflədir. Bunlarla bərabər, hər kəs yuxu rejiminə xüsusi diqqət yəetirməlidir. Əgər, bir insanın yuxu sistemi normal deyilsə, əlbəttə ki, onun imuniteti zəif olacaq".

Dietoloq insanları alkoqol və siqaretdən uzaq olmağı çağırıb: "Bir ara bir söhbət yayılmışdı ki, alkoqol qəbul edən insanlar koronavirusa yoluxa bilməzlər.  Bu, tamamilə səhv məlumatdır. Alkoqol birbaşa imun sistemini zədələyir. Bir də siqaretdən qətiyyən istifadə etmək olmaz. Çünki siqaret birbaşa insanın ağ ciyərini məhv edir".

O. Tahirova zəncəfilin xeyrindən də söz açıb: "Zəncəfilin tərkibində bir çox vitaminlər var ki, onlar da imun sistemini gücləndirir və uzun müddət insanı tox tutur. Əgər, zəncəfil rasionumuzun əvəzolunmaz tərkibinə çevirilibsə, deməli, artıq imun sistemimiz güclüdür. Bu günlərdə zəncəfil tapa bilməyən insanlar onu portağalla əvəzliyə bilər. Bununla yanaşı A,E,D vitaminlərdən çox sayda istifadə olunması çox önəmlidir. Həftədə bir, iki dəfə balıq yemək məsləhətlidir". 

Həkim dietoloq sağlam şəkildə arıqlamaq istəyən xanımlara məsləhət verib: "Qıda rasionunuza sarıkökü, zəncəfili, pul bibəri, bitki çaylarını və tərəvəzləri əlavə edin. Çünki bu kimi qidalar qarında yığılan şişkinliyi və piylənməni aradan qaldırır. Bir də bununla yanaşı gündə ən az yarım saat gimnastika ilə məşğul olmaq lazımdır".

Sevda Bayramova