Qripdən qorunmaq üçün bunları edin!
    • 26-10-2019, 18:40
    • 1 021

Qripdən qorunmaq üçün bunları edin!

Bakteriyalardan fərqli olaraq viruslar öz formasını dəyişir və yeni bir şəkildə orqanizmə yol tapırlar. Həmin viruslar kəskin respirator infeksion xəstəlik olan qripin törədicisidirlər. Bu infeksion xəstəlikdən qorunmaq lazımdır. Buna görə viruslara qarşı mübarizədə orqanizmin interferonlarını dəyişərək mübarizə aparmaq daha düzgündür. Həm də xəstələnəndə yox, xəstələnməmişdən əvvəl viruslara qarşı mübarizə aparmaq, yəni profilaktika daha səmərəli yoldur.
News24.az -ın verdiyi məlumata görə, qripdən qorunmaq üçün təbii antibiotiklərin qəbuluna üstünlük verilməlidir.
Mütəxəssislərin fikrincə, qış aylarında qreypfrut şirəsi içmək angina olmaqdan qoruyur. Mədə-bağırsağa qıcıqlandırıcı təsir göstərməməsi üçün onun yeməkdən 2 saat sonra qəbul edilməsi məsləhət görülür.
Qripdən qorunmaq üçün ədviyyatlardan, xüsusilə sarıkökdən istifadə edilməsi də çox müsbət nəticələr verir. Məsələn, bərabər miqdarda zəncəfil, sarıkök və zəfəran götürülür, ilıq suda qarışdırılır və ayda 14 gün qəbul edilir. Fasilə verdikdən sonra yenidən 14 gün qəbul etmək olar.

Kələm məhsulları, xüsusilə brokkoli kələmindən istifadə etmək, hamiləlik zamanı cökə bitkisinin, eləcə də biyan və adaçayı dəmləməsi çox faydalıdır.

Çörəkotu toxumları suya, qatığa və ya bala qarışdırılaraq hər axşam qəbul edilir.

Qrip əlamətləri hiss olunanda və bəlğəmli öskürək zamanı adaçayı, gülümbahar, cökə və biyandan istifadə edilməsi məsləhətdir.